"Sumqayıt" sabah Konfrans Liqasının II təsnifat mərhələsində "Fehervar"ı qəbul edəcək.
Offsideplus.az xəbər verir ki, matçla bağlı yerli mətbuata açıqlama verən rəqibin baş məşqçisi Tamaş Peto qarşılaşmanın çətin keçəcəyini bildirib:
"Bizi çətin səfər və oyun gözləyir. Azərbaycandan yaxşı nəticə ilə qayıtmaq istəyirik. Rəqibi analiz etmişik. Lakin bir məqamı diqqətə almaq lazımdır ki, "Sumqayıt"ın heyətində ciddi dəyişikliklər olub. Bizi nələrin gözlədiyini bilmirik. Azərbaycan futbolunun xüsusiyyətlərindən biri də sərt oyuna üstünlük verməsidir. Müdafiədə stabil oynamalıyıq. Heç-heçəyə ümid etmək istəyirik".
Qarşılaşma sabah saat 20:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Cavab oyunu isə 1 həftə sonra Macarıstanda baş tutacaq.