Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Sumqayıt" - "Fehervar" qarşılaşmasına bilet satışı davam edir.

Offsideplus.az xəbər verir ki, bu günə qədər matça 4600 bilet satılıb. Bu barədə klubun saytı məlumat yayıb. 

25 iyul Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək matçın biletlərini "iticket.az" saytından və 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzindən əldə etmək mümkündür.

Qeyd edək ki, biletlərin qiyməti sektorlardan asılı olaraq 5, 10 və 25 manatdır.