"Sumqayıt" FK-nın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçirəcəyi oyunların yayımı ilə bağlı dəyişiklik olub.

Offsideplus.az xəbər verir ki, hər iki matç əvvəlcədən nəzərdə tutulduğu kimi "CBC Sport"da deyil "İdman TV"də yayımlanacaq.

Xatırladaq ki, "kimyaçılar"ın "Fehervar"a qarşı ilk oyunu "Sumqayıt"da, iyulun 25-i saat 20:00-da start götürəcək. Cavab qarşılaşması isə bir həftə sonra Macarıstanda baş tutacaq.