"Sabah" klubunun UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi "Partizan" heyətinə yeni qapıçı cəlb edib.

Offsideplus.az xəbər verir ki, Serbiya təmsilçisi Krsto Lubanoviçi heyətinə qatıb. Monteneqrolu qolkiperlə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Partizan" - "Sabah" cavab oyunu sabah Belqradda keçiriləcək. Bu komandalar arasında ilk matç Bakı klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.