Dünən "Sabah" komandası Konfrans Liqasının III təsnifat mərhələsi üzrə "Partizan"la ilk oyunda 2:0 hesablı qələbə qazandı. 

Offsideplus.az-ın məlumatına görə, futbolçulara raundu keçəcəkləri halda pul mükafatı vəd olunub. Əsas heyət üzvləri 15 000 manat, ehtiyat oyunçuları isə bu məbləğin yarısını əldə edəcək. 

Qeyd edək ki, "Partizan" - "Sabah" oyunu avqustun 17-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Offsideplus.az