FIFA referisi Rauf Cabbarov UEFA Konfrans Liqasına təyinat alıb.

Offsideplus.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının birincin təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Vlajniya" (Albaniya) - "Linfild" (Şimali İrlandiya) qarşılaşmasının baş hakimi olacaq.

R.Cabbarova Namik Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim İnqilab Məmmədov olacaq.

Qeyd edək ki, görüş iyulun 20-də baş tutacaq.