UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ" bu gün Belçikada "Gent"lə cavab oyununa çıxacaq.

İlk oyunda 1:0 hesablı qələbə qazanan Ağdam təmsilçisinin bugünkü matçı ilə bağlı sabiq "Qarabağ"lı Əfran İsmayılov Offsideplus.az-a fikirlərini bölüşüb:

"Qarabağ" öz oyunu, dəsti-xətti ilə yenə də sözünü deyir. İlk matçda evdə qələbə qazandı. Hazırda komandanı ağır səfər oyunu gözləyir. Lakin əsas məsələ görüşə fokuslanmaqdır. Birinci qarşılaşmada necə komanda olduqlarını gördülər, ikinci oyuna daha istəkli, aktiv çıxacaqlar. İnşallah, inanıram ki, "Qarabağ" qələbə qazanacaq".

Qeyd edək ki, "Gelamko Arena"da keçiriləcək "Gent" - "Qarabağ" Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. 

Daşqın Əziz