Belçikanın "Gent" klubunun futbolçusu Julien de Sart UEFA Avropa Konfrans Liqası pley-off mərhələsinin "Qarabağ"la cavab matçından öncə mətbuat konfransında iştirak edib.
Offsideplus.az xəbər verir ki, 28 yaşlı belçikalı yarımmüdafiəçi Ağdam təmsilçisinin Avropa Liqası səviyyəsində komanda olduğunu deyib:
“Qarabağ” yaxşı hücum xüsusiyyətləri olan komandadır. Xüsusilə sol tərəfdən onlar həqiqətən təhlükəlidirlər. Avropa Liqası səviyyəsində olan komandadır. Bu mövsüm bunu artıq sübut ediblər. Diqqət etməliyik, amma mən matçı səbirsizliklə gözləyirəm. Bu, karyeramda 30-cu Avropa oyunu olacaq. Hər şeyi vermək üçün motivasiyalıyam”.