"Qarabağ"ın 90 dəqiqə ərzində "Gent"ə qalib gəlmək üçün imkanları olacaq".
Bu sözləri Offsideplus.az-a açıqlamasında Ağdam təmsilçisinin braziliyalı sabiq yarımmüdafiəçisi və hazırda Yunanıstanın "Ellas" klubunda çıxış edən Çumbinyo deyib:
36 yaşlı "sambaçı" matç barədə fikirlərinə belə davam edib: "Qarabağ" keyfiyyətli və konsentrasiyalı oyun göstərsə, rəqib üçün çətin olacaq. Amma unutmaq olmaz ki, "Gent" də yaxşı futbol ənənəsi olan klubdur. Bu qarşılaşmada sabiq komandama dəstək olacağam. İnanıram ki, "köhlən atlar" növbəti mərhələyə çıxa biləcək".
Qeyd edək ki, Çumbinyo 2013-2015-ci illər aralığında "Qarabağ"da top qovub.
Xatırladaq ki, fevralın 16-da Bakıda keçiriləcək "Qarabağ" – "Gent" oyunu saat 21:45-də başlayacaq.
Daşqın Əziz