"Qarabağ"ın UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Gent" (Belçika) futbolçusu İbrahim Salahı satıb.
Offsideplus.az xəbər verir ki, 21 yaşlı hücumçu "Renn"ə (Fransa) keçib. Liqa 1 təmsilçisi Mərakeşin U-23 yığmasının üzvü ilə 2027-ci ilin 30 iyununadək müqavilə imzalayıb.
Qeyd edək ki, Salah 2022-ci ildən "Gent"də oynayırdı.
Xatırladaq ki, “Qarabağ”la “Gent” arasında ilk oyun fevralın 16-da Bakıda, cavab qarşılaşması isə 23-də Gentdə keçiriləcək.