UEFA FIFA referisi Rauf Cabarovu Kofrans Liqası matçına təyin edib.
Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, azərbaycanlı hakim KL-nin qrup mərhələsinin I turu üzrə baş tutacaq "Slovan" (Bratislava) - "Jalqris" matçını idarə edəcək. Ona Namik Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.
Qeyd edək ki, Slovakiyada keçiriləcək qarşılaşma sentyabrın 8-də oynanılacaq.