Azərbaycanın FİFA referisi Rauf Cabbarov UEFA-dan növbəti təyinat alıb.
Offsideplus.az xəbər verir ki, ədalət təmsilçisi, Konfrans Liqasının 1-ci təsniat mərhələsinin "Bortats" ( Bosniya və Herseqovina) - "B-36 Torşavn" (Farer adaları) ilk oyununun baş hakimi olacaq. Cabbarova Namiq Hüseynov və Cavanşir Yusifov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Rəşad Əhmədov yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 7-i keçiriləcək sözügedən qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.