“Qəbələ” klubu UEFA Avropa Konfrans Liqasında və Premyer Liqada yeni mövsümə hazırlığı davam etdirir.

Offsideplus.az xəbər verir ki, komandanın üç futbolçusu hazırlıq prosesində iştirak etmir.

"Qırmızı-qaralar"ın rəsmi saytının yaydığı məlumata görə, bu oyunçular Ürfan Abbasov, Yaovi Akakpo və Gülağa Əsədovdur. Onların proqram üzrə bərpa prosesi davam edir.