UEFA Avropa Konfrans Liqasının qrup oyununda dünən Bakıda İsveçrə "Bazel"i ilə qarşılaşan "Qarabağ" ciddi itkiylə üzləşib.

Offsideplus.az xəbər verir ki, 0:0 hesabı ilə bitən matçda Ağdam təmsilçisinin əsas futbolçularından olan Xayme Romero sıradan çıxıb. Əldə etdiyimiz məlumata görə, 31 yaşlı ispaniyalı futbolçu ön çarpaz bağlarından xəsarət alıb və əməliyyat ediləcək.

Xaymenin minimum 6-7 ay yaşıl meydanlardan kənar qalacağı gözlənilir.