UEFA Konfrans Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Bazel” (0:0) qarşılaşmasından sonra İsveçrə təmsilçisinin baş məşqçisi Patrik Ramen mətbuat konfransında media nümayəndələrinin suallarını cavablandırıb:
Offsideplus.az xəbər verir ki, 52 yaşlı mütəxəssis oyun haqqında bunları deyib:
“Çox intensiv bir oyun izlədik. Qarşılaşmadan əvvəl də demişdim və bunu da gözləyirdim. Eyni səviyyəli komandalar oynayırdı və 90 dəqiqədən sonra deyə bilərəm ki, “Qarabağ” daha üstün tərəf idi. Hər iki hissədə bizi pressinq altında saxladılar. Son dəqiqələrdə Ramil Şeydayevin epizodunda bəxtimiz gətirdi. “Qarabağ” öz potensialını göstərdi. Ümmumiyyətlə, çox dinamik qarşılaşma izlədik
- “Bazel” bu qarşılaşmada 1 xal qazandı yoxsa 2 xal itirdi?
- Bu gün biz 1 xal qazandıq. Üstünlük “Qarabağ”da idi. Biz də şanslar yaratdıq, lakin qapıya 20-25 metr qalanda, hücumların arxası gəlmirdi.
- Siz demişdiniz ki, daha üstün səviyyəli komandalar gözləyirdim. Yenə də bu fikrində qalıb?
- Mən belə deməmişdim. Çox güclü qrupa düşdüyümüzü demişdim. Sadəcə adlar olaraq azarkeşlərə cəlbedici olmaya bilər.
- Sizcə qrupun ən güclü komandaları “Bazel” və “Qarabağ”dırmı?
- “Qarabağ” çox güclü rəqibdir. “Kayrat”la bağlı məlumatım çox deyil. “Omoniya” ilə isə Kiprdə çox çətin olacaq. “Qarabağ”a hörmətim həddindən artıq çoxdur, ard-arda Avropa Liqasında, Çempionlar Liqasında oynayırlar.
- Sizcə “Bazel”in qrupdan çıxmaq şansı varmı?
- Rəqib qapısı qarşısında oynadığımız kimi oynasaq, yox.
- Bugünki nəticədən nə dərəcədə razı qaldınız?
- Bəli, oyunu analiz etsək, görəririk ki, 1 xaldan artıq qazanmağımız mümkündür?
- İsveçrə mətbuatında “Qarabağ”ı zəif rəqib kimi qəbul edirdilər…
- Dünən virtual konfransı olub və onlara dedim ki, “Qarabağ” çox güclü rəqibdir.
- Növbəti matçlarda komandanı necə motivasiya edəcəksiniz?
- Qrupun favoritinə qarşı oynayırdıq və 1 xal qazanmağımız artıq futbolçularıma motivasiyadır.