"Qarabağ" bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində mübarizəyə başlayıb.

Offsideplus.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda H qrupundakı ilk sınağında İsveçrə "Bazel"ini qəbul edib.

Görüş 0:0 hesabı ilə başa çatıb.

Qeyd edək ki, Ağdam təmsilçisi sentyabrın 30-da səfərdə Kipr "Omoniya"sı ilə qarşılaşacaq.

UEFA Konfrans Liqası

Qrup mərhələsi, I tur

20:45. "Qarabağ" (Azərbaycan) - "Bazel" (İsveçrə) 0:0
Baş hakim: Erik Lambrexts (Belçika)
Bakı Olimpiya Stadionu.

Heyətlər:

"Qarabağ": Ş.Məhəmmədəliyev (q), Medina, Medvedev (k), Hüseynov, Bayramov, Qarayev, Andrade, Kadi, Romero, Zubir, Vadji

"Bazel": Linder (q), Qalaçe, Cömert, Pelmard, Patretta, Kasami, Moles, Burger, Stokker (k), Kabral, Ndoye