Şotlandiyada "Aberdin" və "Qarabağ" arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu zamanı yıxılan yerli komandanın azarkeşi Uotson Smit dünyasını dəyişib.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Aberdin təmsilçisinin qatı tərəfdarı olan 71 yaşlı fanat müalicə aldığı xəstəxanada vəfat edib.
Qeyd edək ki, "Pittodri" stadionunda baş tutan "Aberdin" - "Qarabağ" görüşü Ağdam klubunun 3:1 hesablı qələbəsi ilə bitib. Bakıdakı ilk oyunda da minimal hesablı qələbə qazanan Ağdam klub qrup mərhələsinə vəsiqə qazanıb.