Konfrans Liqasının qrup mərhələsində mübarizə aparacaq "Qarabağ"ın "Bazel"lə oyununun yeri dəyişdirilir.
Offsideplus.az FutbolPress-ə istinadən xəbər verir ki, Ağdam klubu İsveçrə təmsilçisini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edə bilməyəcək. Buna səbəb arenanın ot örtüyünün münasib vəziyyətdə olmamasıdır. Ayın 16-na qədər qazonun yaxşılaşma ehtimalı az olduğundan qarşılaşma başqa stadionda keçiriləcək.
Matçın keçiriləcəyi stadionla bağlı qərar verilməyib. Görüşün Bakı Olimpiya Stadionunda keçirilməsi variantı aktualdır. Yaxın günlərdə bununla bağlı yekun qərar veriləcək.
"Qarabağ" daha əvvəl "Bazel"lə matçı səfərdə keçirmək üçün müraciət etsə də, UEFA bunu qəbul etməyib.