“Qarabağ” hər iki oyunda fantastik idi və daha yaxşı olan tərəf mərhələni adladı".

Offsideplus.az xəbər verir ki, bunu Şotlandiyanın “Aberdin” komandasının kapitanı Skott Braun Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirdikləri oyunlarla bağlı fikirlərini bölüşərkən deyib.
O, hər iki matçda “Qarabağ”ın fantastik oynadığını deyib: “Özümüzdən daha yaxşı komandaya uduzduq. Rəqibi gördüz, yaxşı təşkilatlanmış komanda idi və fantastik oynadılar. “Qarabağ”ın səviyyəsinə çatmaq üçün çox çalışmalıyıq. İki komanda arasındakı böyük fərqi hamı gördü. “Qarabağ” əla təşkilatlanmış klubdur. Heyətində bəzi yaxşı oyunçular var. Biz daha çox çalışmalıyıq. Əlimizdən gələni etdik. İstədiyimiz qədər şans yarada bilmədik. İkinci oyunda vurduqları erkən qol oyunun taleyini həll etdi. Bizim üçün yaxşı təcrübə oldu. Heyətimizdə gənc futbolçular çoxdur. Biz hələ öyrənirik. Bunu unudub, növbəti mövsümdə də avrokuboklarda iştirak etmək üçün hazırlaşmalıyıq.
 
Xatırladaq ki, “Qarabağ” “Aberdin”i hər iki oyunda məğlub edib (1:0, 3:1).