Şotlandiyanın "Aberdin" komandasının baş məşqçisi Stiven Qlass "Qarabağ"a qarşı keçirəcəkləri Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransına qatılıb.
Offsideplus.az xəbər verir ki, 45 yaşlı mütəxəssisin matçla bağlı fikirləri belə olub:
"Futbolçular 90 dəqiqəyə hazırlaşır. Bütün diqqətimiz bu mərhələdə "Qarabağ"ı keçməyə yönəlib. Sabah axşam oyuna istədiyimiz kimi nəzarət edə bilərik. Həyəcanlıyıq və oyunu səbrsizliklə gözləyirik. Sabah xüsusi gün olacağını düşünürəm. Hədəfimizə çatmaq üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, avqustun 26-da keçiriləcək "Aberdin" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. İlk görüşdə Ağdam təmsilçisi 1:0 hesablı qələbəyə sevinib.