UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan Şotlandiya "Aberdin"i futbolçusu Lyuk Terneri icarəyə verib.

 Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı müdafiəçi bir il Şimali İrlandiyanın "Kliftonvill" komandasında oynayacaq.

Qeyd edək ki, avqustun 26-da keçiriləcək "Aberdin" - "Qarabağ" (ilk oyun - 0:1) matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.