UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda "Aberdin"in qonağı olacaq "Qarabağ"ın səfər proqramı açıqlanıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi bu gün Şotlandiyaya yollanacaq. Kollektivi Aberdin şəhərinə aparacaq təyyarə saat 17:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.

Baş məşqçi Qurban Qurbanov avqustun 24-ü Bakı vaxtı ilə saat 21:40-da mətbuat konfransı keçirəcək,  saat 22:00-da isə “Pittodri” stadionunda komandanın son məşqi baş tutacaq.

Qeyd edək ki, "Aberdin" - "Qarabağ" matçı avqustun 26-da Bakı vaxtı ilə 22:45-də start götürəcək.