UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində Şotlandiyada keçiriləcək "Aberdin" - "Qarabağ" matçına bilet satışına start verilib.

Offsideplus.az xəbər verir ki, "Pittodri" stadionunda baş tutacaq qarşılaşma üçün 10 mindən çox bilet satılıb.

Satışa isə ümumilikdə 18 min bilet çıxarılıb.

Qeyd edək ki, avqustun 26-da keçiriləcək "Aberdin" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Bu komandalar arasında Bakıdakı ilk görüşdə "köhlən atlar" 1:0 hesabı ilə qalib gəlib.