UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Aberdin" qarşılaşmasının hakimləri bəlli olub.
Offsideplus.az xəbər verir ki, Bakıda keçiriləcək oyunun baş hakimi Rade Obrenoviç olacaq. Ona bu qarşılaşmada Yure Praprotnik və Aleksandar Kasapoviç kömək edəcəklər. Matçın 4-cü hakimi Asmir Saqrkoviç olacaq. Hakimlər briqadası Sloveniyanı təmsil edir.
Qeyd edək ki, Obrenoviç 2019-cu ildə "Aberdin" - "Çixura" oyununu idarə edib. Həmin qarşılaşmada şotlandlar 5:0 hesabı ilə qalib gəlmişdilər.
"Qarabağ" - "Aberdin" matçı avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş saat 20:00-da start götürəcək.