UEFA Konfrans Liqasının III təsnifat mərhələsində baş tutan AEL - "Qarabağ" matçının son dəqiqələrində rəqib azarkeşlər və Qurban Qurbanov arasında dava düşdüyü barədə məlumat vermişdik.
Offsideplus.az xəbər verir ki, oyundan sonra klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə azarkeşin "Qarabağ"ın baş məşqçisinə türk dilində pis söyüş söydüyünü açıqlamışdı. Kipr klubu bu gün rəsmi saytından açıqlama yayaraq baş verən təxribata görə "Qarabağ"ı günahlandırıb.
"Klub prezidenti, futbol departamentimiz, məşqçilər və futbolçularımız dünən "AEK Arena"dakı dəstəyinə görə 2000 tərəfdarımıza təşəkkürlərini bildirir. Gələcəkdə ailəmizin daha da böyüməsini diləyirik!
Bu cür gözəl görüntü və ailə mühiti, heç bir halda rəqibin təxribatının tələsinə düşmüş iki azarkeşin hərəkətlərinin kölgəsində qalmamalıdır. Dünənki hadisəni qınayır və bütün dünya azarkeşlərini doğma stadionlarda öz komandalarının qoruyucusu olmağa çağırırıq. Bu yolla bütün dünya komandamızın yanında olacaq.
Sizlərə xatırlatmaq istəyirik ki, bizi qürurlandıran bu komanda heç vaxt təslim olmayan komandadır! Ona görə də Azərbaycana gedəcəyik və növbəti mərhələyə yüksəlmək üçün var gücümüzlə savaşacağıq!"
Dünənki mübahisədən görüntüləri təqdim edirik: