Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi" və HİK (Finlandiya) komandaları qarşılaşacaq.
Offsideplus.az xəbər verir ki, bu cütün məğlubunun Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib. Qarşılaşmanın məğlubu Konfrans Liqasının pley-off mərhələsinin 2 avqustda baş tutacaq püşkündə Çempionlar yolunda səpələnmişlər siyahısında yer alacaq.
"Neftçi" - HİK cütünün məğlubu aşağıdakı cütlüklərdən birinin qalibi ilə qarşılaşacaq:
“Makkabi” (Hayfa, İsrail) – "HB Torşavn" (Farer adaları)
“Linfild” (Şimali İrlandiya – “Fola” (Lüksemburq)
“Şemrok Rovers” (İrlandiya) – “Teuta” (Albaniya)
“Riqa” (Latviya) – “Hibernians” (Malta)
“Priştina” (Kosovo) – “Bodo Qlimt” (Norveç)