UEFA Avropa Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Bakıda “Sabah”a 0:2 hesabı ilə məğlub olan Serbiya "Partizan"ının qapıçısı Aleksandar Yovanoviç cavab görüşü ilə bağlı fikirlərini bölüşüb.

Offsideplus.az "danas.rs"ə istinadla xəbər verir ki, 30 yaşlı "əlcək sahibi" cavab qarşılaşmasında yaxşı nəticə göstərərək mərhələ adlayacaqlarına inanır:

"Belqradda ilk 20 dəqiqədə qol vursaq, oyuna qayıtmış sayılacağıq. Yenə deyirəm ki, ilk matçda buraxdığımız ikinci qola görə çox təəssüflənirəm. Lakin ürəkdən inanıram ki, mərhələni keçə bilərik. Bakıda elə bir temperaturda oynamaq asan deyildi. Bu, əslində bəhanə deyil, amma çoxu situasiyanın necə olduğunu bilmir. Mən əvvəllər belə havada Kiprdə oynamışdım və bu mənim üçün çətin idi”.

Xatırladaq ki, avqustun 17-də keçiriləcək “Partizan” – “Sabah” oyunu saat 23:00-da başlayacaq.