"Partizan" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Sabah"a qarşı oyunlar üçün iştirak ərizəsini təqdim edib. 

Offsideplus.az xəbər verir ki, baş məşqçi İqor Dulyay 21 futbolçunu sifariş edib.

Qapıçılar: 1. Aleksandr Yovanoviç, 85. Nemanya Stevanoviç.
Müdafiəçilər: 2. Arancel Stoykoviç, 4. Sinişa Saniçanin, 5. Nikola Antiç, 6. Svetozar Markoviç, 12. Zlatan Şehoviç, 17. Marko Jivkoviç, 26. Aleksandr Filipoviç.
Yarımmüdafiəçilər: 7. Severina Xander, 8. Frank Elimane Kanute, 10. Bibras Natxo, 15. Aldo Kalulu, 19. Aleksandr Şçekiç, 36. Nikola Terziç, 40. Kristiyan Beliç, 55. Danilo Pantiç.
Hücumçular: 9. Kuinsi Meniq, 11. Matheus Saldanya, 20. Andriya Pavloviç, 23. Nemanya Nikoliç.

Qeyd edək ki, "Sabah" - "Partizan" matçı avqustun 10-da Bakıda, cavab oyunu isə bir həftə sonra Serbiyada baş tutacaq.