AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehdiyeva beynəlxalq oyuna təyinat alıb.
Offsideplus.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, AFFA İcraiyyə Komitəsinin üzvü Avropa Konfrans Liqasının qrup mərhələsinin VI turu çərçivəsi üzrə oynanılacaq RFS (Latviya) - “Fiorentina” (İtaliya) qarşılaşmasının UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, matç noyabrın 3-də Latviyada keçiriləcək.