"Neftçi" bu gecə UEFA Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində səfərdə Avstriya "Rapid"i ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. Bu oyunla bağlı proqnozunu öyrənmək üçün klubun sabiq idman direktoru Ceyhun Sultanova müraciət etdik.
Tanınmış funksioner Offsideplus.az-a açıqlamasında bakılıların mərhələni keçmək gücündə olduğunu söylədi:
"Neftçi"ni çətin qarşılaşma gözləyir. Matçla bağlı dəqiq proqnoz, hesab deyə bilmərəm, ancaq "ağ-qaralar" mərhələni keçə bilər. Komandanın bunun üçün gücü var".
Xatırladaq ki, Bakıdakı il oyunda "Neftşi" 2:1 hesabıyla qalib gəlib.
Daşqın Əziz
Bizi Teleqramda izləyin!