"Neftçi"nin Avropa Konfrans Liqasının III təsnifat mərhələsində "Rapid"ə qarşı baş tutacaq oyunundan öncə mətbuat konfransı keçirilib.

Offsideplus.az  xəbər verir ki, “Neftçi"nin müdafiəçisi Azər Salahlı sabahkı matç barədə fikirlərini bölüşüb:

“Sabah bizi ağır qarşılaşma gözləyir. Bu matçda qələbə qazanıb, cavab görüşünə üstün yollanmaq istəyirik. Ötən mərhələnin cavab görüşündə yaxşı qələbə qazandıq. Hazırda komandada ab-hava çox yaxşıdır. Ancaq "Aris"lə görüş artıq geridə qalıb. Bütün diqqətimiz sabahkı qarşılaşmayadır”.

Qeyd edək ki, "Neftçi" - "Rapid" qarşılaşması sabah saat 21:00-da start götürəcək.