Macarıstan “Fehervar”ının baş məşqçisi Mixael Boris Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Qəbələ”yə qarşı keçirəcəkləri cavab oyunundan öncə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“Sabahkı oyuna da rəqibin yüksək intensivliklə başlayacağını gözləyirik. Amma biz də eyni sürət və aqressivliklə çıxış etməliyik. Evdə 4:1 hesabı ilə qalib gəldiyimiz matça Azərbaycan komandasının yüksək təzyiqlə başlamasını gözləmirdik. Rəqib bizim arxadan oyun qurmağımıza imkan vermirdi. “Qəbələ”nin fiziki cəhətdən hazırlıqlı oyunçuları var, ona görə də biz aqressivliyimizi qorumalıyıq”.