"Fehervar" klubunun müdafiəçisi Nikola Serafimov Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Qəbələ"yə qarşı keçiriəcəkləri cavab görüşü haqda fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Macarıstan təmsilçisinin rəsmi saytına danışan şimali makedoniyalı müdafiəçi Qəbələdəki oyunun çətin olacağını bildirib:
"İlk oyunda ən vacib amil hesabı bərabərləşdirməyimiz oldu. Bu, bizə fasiləyə daha rahat getməyə imkan yaratdı. İkinci hissə yaxşı keçdi, 4:1 hesabı ilə qalib gəldik. Hər şey tamamilə öz əlimizdədir. Müasir futbolda hər şey ola bilər, ona görə də üç qol vurmağımıza baxmayaraq, arxayınlaşmamalıyıq. Cavab matçına tam hazır olmalıyıq. Əminəm ki, “Qəbələ” matçın gedişatını dəyişmək istəyəcək və sona kimi oynayacaqlar. Amma biz də hazırlaşırıq. Cavab görüşü öncəsi komandada yaxşı ab-hava var. Növbəti mərhələyə çıxmaq üçün ilk növbədə diqqətimizi özümüzə yönəltməliyik".
Qeyd edək ki, İyulun 28-i Qəbələ şəhər stadionunda baş tutacaq oyun saat 20:00-da start götürəcək.