"Fehervar”ın futbolçusu Kenan Kodro Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Qəbələ” ilə keçirilən ilk matçdan sonra fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, hücumçu 4:1 hesabıyla qalib gəldikləri oyunla bağlı bunları deyib:

“Nəticə “Qəbələ”yə qarşı necə oyun göstərdiyimizi göstərmir. İlk hissə istədiyimiz kimi getmədi. Çox top itirirdik və əlavə olaraq da rəqib də aqressiv oynayırdı. Onların əks-hücumları təhlükəli idi. İlk hissədən sonra sıx oynamağa başladıq. Çoxlu qol epizodları yaratdıq və 3 qol vurduq. Lakin hələ heçnə bitməyib. Qarşıda cavab matçı var. Futbolda hər şey mümkündür. Onlarla görüşə qələbə üçün gedəcəyik”.

Qeyd edək ki, iki komanda arasında cavab oyunu iyulun 28-də Qəbələdə baş tutacaq.