“Fehervar”la oyun öncəsi komandada ab-hava yüksək səviyyədədir. Ən önəmlisi odur ki, heyətimizdə zədəli futbolçu yoxdur".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Qəbələ" klubunun baş məşqçisi Elmar Baxşıyev Konfrans Liqasının 2-ci təsnifat mərhələsində sabah "Fehervar"la (Macarıstan) səfərdə keçirəcəkləri matçdan öncə təşkil olunan mətbuat konfransında deyib. O, komandasının oyuna tam hazır olduğunu bildirib:
"Sabah meydanda əlimizdən gələni edəcəyik. “Qəbələ” həm öz azarkeşlərini, həm də bütün Azərbaycan xalqını sevindirməyə çalışacaq. Qarşılaşmaya hazırlığı yekunlaşdırmaq üzrəyik. Hamının tam oyuna köklənməsi sevindiricidir. Avrokubok görüşləri fərqli olur. Futbolçular planlaşdırdığımız səviyyədə hazırdır və bütün komanda səbirsizliklə matçı gözləyir. Ümid edirəm ki, sabah bunun davamını meydanda gətirəcəyik”.
Qeyd edək ki, sabah "Mol Arena"da oynanılacaq "Fehervar" - "Qəbələ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Komandalar arasında cavab görüşü 1 həftə sonra Qəbələdə olacaq.