Konfrans Liqasının ikinci təsnifat mərhələsi cavab oyunları çərçivəsində keçiriləcək "Qəbələ" - "Fehervar" matçının biletləri satışa çıxarılıb.

Offsideplus.az "Qəbələ"nin mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiymətləri sektorlara görə 2,3 və 10 manat təşkil edir. Biletləri "Qəbələ Hotel"də yerləşən klubun fan-şopundan və Qəbələ şəhər stadiondan əldə edə bilərsiniz.

Qeyd edək ki, iki komanda arasındakı ilk görüş sabah Macarıstanda olacaq.