"Qəbələ" klubu UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Macarıstan "Fehervar"ı ilə matçlar üçün iştirak ərizəsini Avropanın ali futbol qurumuna təqdim edib.

Offsideplus.az xəbər verir ki, heyətdə 26 futbolçu yer alıb:

Qapıçılar: 1. Səlahət Ağayev, 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 22. Həsən Həsənli

Müdafiəçilər: 2. İlkin Qırtımov, 12. Rüfət Əhmədov, 27. Məqsəd İsayev, 28. Murad Musayev, 33. Hüseyn Mürsəlov, 34. Urfan Abbasov, 44. Salman Ələsgərov, 74. Süleyman Damadayev, 4. Ruan Renato

Yarımmüdafiəçilər: 5. İsnik Alimi, 6. Feras Abu-Akal, 7. Rövlan Muradov, 11. Asif Məmmədov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli

Hücumçular: 10. Omar Hani, 14. Ülvi İsgəndərov, 17. Yaovi Akakpo, 23. Rafael Utziq, 77. Emil Səfərov, 97. Felipe Santos

Əlavə edək ki, "Qəbələ" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində iyulun 21-i səfərdə "Fehervar"la ilk matçına çıxacaq. Komandalar arasında cavab görüşü iyulun 28-i Bakıda olacaq.