"Qəbələ" klubunun UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi olan Macarıstanın "Fehervar"ı 2 futbolçusunu icarəyə verib.

Offsideplus.az xəbər verir ki, Zeke Mario və Sabo Levente 2022/2023 mövsümünü icarə əsasında yerli "Keçkemet" komandasında keçirəcək.

Xatırladaq ki, "Qəbələ" və "Fehervar" arasında ilk oyun iyulun 21-də evdə, cavab matçı isə 1 həftə sonra səfərdə olacaq.