UEFA Avropa Konfrans Liqasında bu həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermədə "Marsel"in futbolçusu Dimitri Payet 1-ci olub. 

Qeyd edək ki, Payet Konfrans Liqasının 1/4 finalında PAOK-la ilk matçda (2:1) fantastik qola imza atıb və 1 qolun ötürməsini verib.