“Qarabağ” son illərdə avrokuboklarda iştirak etdiyi üçün təcrübəsi olan klubdur. Avrokubok matçları həmişə detallar üzrə oynanılır. Maraqlı oyun olacaq".

Offsideplus.az  Qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Marsel"in prezidenti Pablo Lonqoriya Avropa Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a rəqib olmalarına münasibət bildirərkən klubun saytına açıqlamasında deyib.
 
“Qarabağ” keçmiş sovet respublikalarında tətbiq olunan qış fasiləsi ilə əlaqədar fevralın 7-də mübarizəni bərpa edəcək. Onlar bu mövsüm Konfrans Liqasında yaxşı çıxış ediblər. “Bazel”ə 0:3 hesabıyla uduzduqları son matçı, eyni zamanda mübahisəli sayılmayan qolu da gördük. Hansı ki, həmin qol bu matçda dinamikanı dəyişə bilərdi. Bakıda çətinliklər yaşayan bəzi Avropa komandalarını xatırlayıram" - deyə o bildirib.
 
P.Lonqoriya Konfrans Liqası çətin və maraqlı turnir olduğunu vurğulayıb: "Bu, həm də bizim üçün bir titul qazanmaq şansıdır. “Olimpik” olaraq oynadığımız bütün yarışlarda mümkün qədər yüksəklərə qalxmaq istəyirik.Konfrans Liqası çətin, maraqlı və açıq yarışdır”.