“Qarabağ” Avropa Konfrans Liqasının pley-off mərhələsinin “Aberdin”lə cavab qarşılaşmasına ciddi itkilərlə çıxacaq.

Offsideplus.az xəbər verir ki, Ağdam klubunun heyətində Bədavi Hüseynov, Rahil Məmmədov və Elvin Cəfərquliyev zədəlidir. Patrik Andrade isə vərəqə cəzalısı olduğundan Şotlandiyadakı görüşü buraxmalı olacaq.
Kevin Medinanın da “Aberdin”ə qarşı cavab oyununda meydana çıxıb-çıxmayacağı sual altındadır.
Xatırladaq ki, “Aberdin” – “Qarabağ” (ilk oyun: 0:1) arasında cavab matçı avqustun 26-da keçiriləcək.