Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev UEFA-dan yeni təyinat alıb.

Offsideplus.az xəbər verir ki, o, Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Slovakiyanın “Jilina” və Çexiyanın “Yablonets” komandaları arasındakı cavab oyununda olacaq.

Qeyd edək ki, “Jilina” - “Yablonets” matçı avqustun 26-da Jilinada baş tutacaq. Bu komandalar arasındakı ilk oyunda Çexiya təmsilçisi 5:1 hesablı qələbə qazanıb.