Şotlandiya “Aberdin”inin komandasının baş məşqçisi Stiven Qlass Konfrans Liqasının pley-off mərhələsinin “Qarabağ”la ilk matçından (1:0) sonra mətbuat konfransına qatılıb.

Offsideplus.az xəbər verir ki, mütəxəssis məğlub olduqları qarşılaşma barədə danışıb və jurnalistlərin suallarını cavablandırıb.

"Təbii ki, "Qarabağ"a hörmətlə yanaşırıq və onun gücünü bilirdik. Bu cür meydançada yaxşı oyun keçirmək çox çətin idi. Növbəti həftə evdə tam fərqli “Aberdin” görəcəksiniz.

- Meydançanın bu vəziyyətdə olması hansı komnadanın işlərini daha çor korladı?

- Həm “Qarabağ”a, həm bizə çətin oldu. Rəqibin daha yaxşı oynaya bildiyini bilirəm. Gördüyünüz kimi, meydançanın vəziyyəti futbolçuların zədə almasına səbəb oldu.

- Oyundan əvvəl “Aberdin” rəsmisi ot örtüyündən gileylənərək, Şotlandiyada belə stadionlarda həvəskar klubların oynadığını demişdi…

- Həqiqətə yaxın bir fikirdir. Həvəskar səviyyədə oynayan klubların meydançasına bənzəyirdi. Amma bu, nə bizim, nə də “Qarabağ” üçün bəhanə ola bilməz. Amma bu cür meydançada oynamaq qəbuledilməzdir. Hər iki komanda daha gözəl oyun sərgiləyə bilər.

- Bir həftə sonra cava qarşılaşması olacaq. Hansı komandanın şanslarını daha çox qiymətləndirirsiz?

- Bu, yalbız ilk matç idi. Ölkəmizə qayıdıb, cavab qarşılaşmasına hazırlaşacağıq. “Qarabağ”ı uzun səfər, fərqli iqlim gözləyir, ona görə şanslar bərabərdir.

- Bu gün məğlubiyyətiniz səbəbi nədir: "Qarabağ”ın yaxşı oyunu yoxsa meydançanın bərbad olması?

- Hər ikisi. “Qarabağ”a qarşı yaxşı hazırlaşmışdıq. İkinci hissədə daha yaxşı futbol sərgilədik. Ortabab komanda belə matçlarda “Qarabağ”dan ən azı 3-4 top buraxardı.

- Cavab matçına xüsusi hazırlaşmaq planınız varmı?

- Bazar günü çempionatda oyunumuz var. “Qarabağ”ı yaxşı analiz etmişdik. Fiziki cəhətdən ağır oyun oldu. Bilirik ki, Patrik Andrade və Maksim Medvedev cavab matçını buraxacaqlar.