"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Aberdin" klubunun idarə heyətinin sədri Deyv Kormak UEFA-ya tənqid ünvanlayıb.

Offsideplus.az xəbər verir ki, klub rəsmisi "Tvitter" hesabında Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünü paylaşıb və bu sözləri yazıb:

"UEFA belə bir meydançaya necə oyun sala bilər? Üzərində oynayan kimi ot örtüyünün üst hissəsi dərhal qopur. Halbuki, gələrkən yolumuzun üstündə çox gözəl yeni stadion var. Bəlkə biz də öz cavab matçını həvəskar komandaya məxsus "İnverdi" İdman Kompleksinin arenasında keçirək?" 

Qeyd edək ki,"Qarabağ" - "Aberdin" görüşü bu gün saat 20:00-da başlayacaq.