"Qarabağ"ın yeni transferi İbrahima Vadji Şotlandiyanın "Aberdin" klubu ilə UEFA Konfrans Liqasının görüşlərində iştirak edə biləcək.

Offsideplus.az xəbər verir ki, seneqallı hücumçunun adı Azərbaycan klubunun sifariş ərizəsinə daxil edilib.

Qeyd edək ki, Vadji ilə bu gün 3 illik müqavilə bağlanılıb. O, "köhlən atlar"da 25 nömrəli forma ilə çıxış edəcək.

Xatırladaq ki,  "Qarabağ" "Aberdin"lə ilk görüşünü avqustun 19-da evdə, cavab görüşünü avqustun 26-da səfərdə keçirəcək.