Avropa Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” - “Aberdin” (Şotlandiya) oyununun biletləri bu gündən satışa çıxarılıb.

Offsideplus.az xəbər verir ki. biletlərin qiyməti müvafiq olaraq 3, 5, 10, 20 və 30 manat təşkil edir. Artıq satışın ilk günündə 3 min bilet azarkeşlər tərəfindən alınıb.

Qeyd edək ki, avqustun 19-u Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Aberdin" oyunu saat 20:00-da başlayacaq.