Şotlandiyanın "Aberdin" klubunun hücumçusu Cey Emmanuel-Tomas UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ"la matç öncəsi gözləntilərini bölüşüb. 

Offsideplus.az BT-yə istinadən xəbər verir ki, forvard bu qarşılaşmaya ciddi hazırlaşdıqlarını bildirib: 
"Avqustun 19-da bizi böyük oyun gözləyir. "Qarabağ"la qarşılaşmanı səbrsizliklə gözləyirik. Oyun cədvəlimiz asan deyil, amma bu neqativ enerjini özümüzdə saxlasaq, yorula bilərik. Çempionatdakı məğlubiyyəti Bakıda unutdurmağa çalışacağıq. Avrokuboklarda oyun hər bir futbolçu üçün çox vacibdir. Əlimizdən gələni edirik ki, bu mərhələni keçək".