UEFA Konfrans Liqasının pley-off mərhələsində "Neftçi" və "Qarabağ" komandalarının cavab oyunlarına hakim təyinatları açıqlanıb.
Offsideplus.az xəbər verir ki, avqustun 26-da keçiriləcək qarşılaşmaları idarə edəcək hakimlər bəlli olub. "Neftçi"nin İsraildə "Makkabi"yə (Hayfa) qarşı keçirəcəyi matç Şimali makedoniyalı Aleksandr Stavrevə tapşırılıb. Ona həmyerliləri Deyan Kostadinov və Qoçe Peterski kömək edəcək. Dördüncü hakim funksiyasını Deyan Yakimovski yerinə yetirəcək.
"Qarabağ"ın Şotlandiyanın "Aberdin" komandası ilə səfər oyununu Avstriya Futbol Federasiyasıdan Harald Lexner idarə edəcək. Ona Andreas Haydenrayx və Maksimilian Kolbiç yardım göstərəcək. Dördüncü hakim funksiyasını isə Culian Vaynberger yerinə yetirəcək.