UEFA konfrans Liqasının II təsnifat mərhələsi üzrə "Teuta" (Albaniya) və "İnter" (Andorra) komandaları arasında baş tutacaq  ilk oyun azərbaycanlı hakimə tapşrılıb.

Offsideplus.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycanın FIFA referisi Rauf Cabbarov sözügedən qarşılaşmann baş hakimi olacaq. Ona yan xətt hakimləri Namiq Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim funksiyasını isə Rəşad Əhmədov yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma iyulun 22-də keçiriləcək.