Voleybol üzrə Azərbaycan Super Liqasında və Yüksək Liqasında II dövrənin növbəti oyunlarının keçirilmə yeri və vaxtı bəlli olub.
Offsideplus.az xəbər verir ki, ölkə çempionatının növbəti qarşılaşmaları fevralın 28-də keçiriləcək.
Kişi voleybolçular arasında keçirilən Yüksək Liqa çərçivəsində iki qarşılaşma oynanılacaq. Öncə saat 14:00-da “Azərreyl”lə MOİK üz-üzə gələcək. Bu oyundan 2 saat sonra “Express” - “Sərhədçi” oyunun başlayacaq. Hər iki görüş “Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil olunacaq.
Super Liqada isə “Murov”la UNEC qüvvəsini sınayaq. Günün yeganə qarşılaşması saat 17:00-da Dərnəgül Voleybol Mərkəzində olacaq.